Azərbaycanda GECƏ DƏHŞƏTİ: Daha bir "Əhməd" tapıldı, bir ailəni qana qəltan etdi

Bu gecə Azərbaycanda dəhşətli hadisə baş verib.

Hadisə Şəmkir rayonunun Düyərli kəndində qeydə alınıb.1972-ci il təvəllüdlü İlham Hüseynov, 1995-ci il təvəllüdlü Nübar Qənbərli və 1976-ci il təvəllüdlü Şərafət Hüseynova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerlədiriliblər.Dərhal yaralılara yardım edilib.Onlardan İ.Hüseynovun vəziyyətinin ağır olduğu bildirilir.Məlumata görə, onları ailənin keçmiş kürəkəni bıçaqlayıb.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

****

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisəni törədən 1991-ci il təvəllüdlü Sahib Heydərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

(apa)