Azərbaycanda dollar bahalaşacaq? - Ekspertdən ŞOK

06.05.2020 15:11
830

"Neftin qiyməti uzun müddət ucuz qalacaqsa, onda hökumət rezervləri işə salacaq, ya da manatın məzənnəsində dəyişikliklər ediləcək".

AzSABAH.COM xəbər veri ki, bu sözləri BAKU.WS-ə açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda manatın məzənnəsinin formalaşması üçün lazım olan valyutanın səbətə daxil olmasında 70 faiz neftin payı var: "İxracda isə neftin payı 90 faizdir. Neftin qiyməti bu gün əhəmiyyətli dərəcədə ucuzlaşıb. Fiskal hesablamalarda belə nəzərdə tutulandan iki dəfə aşağıdır. Belə bir şərtlər daxilində, təbii ki, manat üzərində çox ciddi təzyiqlər yaranıb.

Nəzərə almaq lazımdır ki, Azərbaycan 2015-ci ildə olduğu kimi zəngin deyil. Bu baxımdan ümumi prosesin idarə edilməsi üçün çox böyük həcmli vəsaitlər tələb olunmur. Buna görə, mart ayında bazara təxminən 1,9 milyard vəsait daxil etməklə Mərkəzi Bank nisbətən vəziyyəti stabilləşdirə bilib.

Burada əsas rolu neftin qiymətləri oynayacaq. Neft nə qədər ucuz qalacaqsa, bir o qədər manat təzyiqlə üzləşəcək. Neftin qiyməti uzun müddət ucuz qalacaqsa, onda hökumət rezervləri işə salacaq, ya da manatın məzənnəsində dəyişikliklər ediləcək".

Loading...