Azərbaycanda DƏHŞƏTLİ RƏQƏMLƏR: bir sutkada 39 nəfər öldü

06.12.2020 16:54
3120

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 356 yeni yoluxma faktı qeydə alınıb, 2 517 nəfər sağalaraq evə buraxılıb.

AZSABAH.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 146 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 88 497 nəfər müalicə olunaraq sağalıb, 1 6 32 nəfər vəfat edib, aktiv xəstə sayı 56 550 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 778, bu günə qədər isə ümumilikdə 1 817 804 test icra olunub.

Loading...