Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: yüksək VƏZİFƏLİ ŞƏXS ÖLDÜ, çox sayda yaralı var - FOTO

Sabirabadda bu gün baş verən zəncirvarı yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

AZSABAH.COMAPA-ya istinadən xəbər verir ki, qəzada ölən şəxs Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur. Onun YAP Salyan rayon təşkilatının sədr müavini olduğu bildirilir.

***

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

AZSABAH.COM xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

"Mercedes" markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.