Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Yol polisi faciəvi şəkildə öldü - FOTO

16.01.2022 14:42
9810

Qəbələdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

AZSABAH.COM xəbər verir ki, hadisə yanvarın 14-də Seyidlər adlı yaşayış məntəqəsində baş verib.

Belə ki, “Vaz-21015” markalı avtomobillə “Mercedes Vito” markalı maşının toqquşub. Qəza nəticəsində “Vaz-21015”in sürücüsü, 2000-ci il təvəllüdlü Şərifov Səfər Sərvan oğlu ağır bədən xəsarətləri alıb. O, ötən gün Bakıda xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Şərifov Səfər Qəbələ rayon Polis Şöbəsinin əməkdaşıdır. 22 yaşlı polis serjantı rayonun Cığatelli kəndindəndir.


Loading...