Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: valyuta dəyişmə məntəqəsinə QUMBARA ATILDI, YARALILAR VAR

05.01.2023 18:11
8574
Partlayis
Şəmkirdə valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun “Bazar” adlanan ərazisində qeydə alınıb.

Naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. Hadisə zamanı 2 nəfər-1972-ci il təvəllüdlü Heydərov Nəsib Yusif oğlu və 1990-cı il təvəllüdlü Qarayev Binnət Həsən oğlu xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.