Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Rəisin oğlu faciəvi şəkildə öldü

27.09.2022 10:30
11185
Meyit

Sentyabrın 22-də Heydər Əliyev Beynəlxalq Hava Limanında baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edən işçi vəzifəli şəxsin oğlu imiş.

AZSABAH.COM xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aeroportda kranın aşması nəticəsində həlak olan aeroportun texniki əməkdaşı Prokofyev İqor Vladimiroviç Milli Aviasiya Akademiyasının Mühasibat şöbəsinin rəisi – baş mühasib Svetlana Prokofyevanın oğludur.

Aeroportun, eləcə də akademiyanın rəhbərliyi şöbə rəisinə oğlunun vəfatı ilə əlaqədar başsağlığı verib.

Hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, baş vermiş bədbəxt hadisə nəticəsində hava limanının daha bir əməkdaşı ağır xəsarətlər alıb.