Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ÖLÜ VƏ YARALILAR VAR

18.01.2021 01:08
3496

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZSABAH.COM "Report"a istinadla xəbər verir ki, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Loading...