Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ: ÖLƏNLƏR VƏ YARALILAR VAR - FOTO

21.02.2021 00:39
4840

Ucarda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

AZSABAH.COM "Report"a istinadla xəbər verir ki, hadisə saat 21 radələrində Bakı-Qazax magistral yolunun rayonun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Hələlik ölən və xəsarət alanların adları məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Loading...