Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ÖLƏNLƏR VƏ YARALILAR VAR

23.12.2022 10:48
5702
Meyit

Masallı rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub. 

AZSABAH.COM Report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Astara rayon sakini R.Nəsirovun idarə etdiyi "KamAZ" və Lənkəran rayon sakini Ş.Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölənlər “Kia Sportage” markalı avtomobildəki sərnişinlər Ə.Fərəcova və azyaşlı oğlu A.Fərəczadədir.

Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.