Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

09.07.2023 12:11
5305
Meyit
Şabranda avtomobil qəzası nəticəsində dünyasını dəyişən üç şəxsin kimliyi məlum olub.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Şabran rayonundan keçən hissəsində “Mercedes-Vito” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 2006-cı il təvəllüdlü Səlimov İsbat Sadiq oğlu, 1979-cu il təvvəlüdlü Həsənov Məhərrəm Tofiq oğlu və 1966-cı il təvəllüdlü Əliyev İlham Dağbəy oğlu ölüb.

Onların Bakıdan Nabrana istirahətə getdikləri bildirilir.

Qəza zamanı daha iki nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, zəruri istintaq tədbirləri görülür.


***

Şabran rayonunda ağır yol qəzasında 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb

AZSABAH.COM xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonundan keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Səfərov Əli Sərvan oğlu və 1980-ci il təvəllüdlü Talışınski Kamil Davud oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza zamanı ölmüş daha 3 nəfərin kimliyi müəyyənləşdirilir. Onların meyitləri müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.