Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

01.08.2021 23:28
9059

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

AZSABAH.COM "Report"a istinadla xəbər verir ki, hadisə Zəhmətabad kəndində qeydə alınıb.

Yardımlı rayonunun Zevin kənd sakini, 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev idarə etdiyi "QAZ-69" markalı yük avtomobilini yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb. Hadisə zamanı avtomobildə olan sərnişin, 1990-ci il təvəllüdlü Tağıyev Sadəddin Telman oğlu isə müxtəlif xəsarətlər alıb. O, Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

***

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, digəe dəhşətli qəza Biləsuvar-Bəhramtəpə yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Man" markalı yük avtomobili qarşıda gedən "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

"KamAZ" sonra zərbənin təsirindən yoldan çıxaraq aşıb.

Qəza nəticəsində "Man" markalı avtomobilinin sürücüsü hadisə yerində ölüb. Habelə "KamAZ"da olan Salyan rayonu Şorsulu kənd sakinləri - 1997-ci il təvəllüdlü Qafarov Yasər Ağahüseyn oğlu, 1995-ci il təvəllüdlü Əliyev Gülağa Urfan oğlu və 1996-cı il təvəllüdlü Miriyev Böyükağa Ağalar oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzada ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Loading...