Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ÖLƏNLƏR VAR - FOTO

29.01.2023 18:00
10902
Meyit
Beyləqan rayonunda yol qəzası baş verib.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, hadisə Beyləqanın Daşburun yolunda baş verib. 50 BT 575 dövlət nömrəli nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı su kanalına aşıb.

Nəticədə avtomobildə 3 nəfərdən 2- i ölüb, bir nəfər ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb, ölənlərin kimliyi araşdırılır.