Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ÖLƏNLƏR VAR

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1979-cu il təvəllüdlü Quliyev Emin Baxış oğlu idarəetdiyi "KİA Rio" markalı minik avtomobilini aşırıb.

Qəza nəticəsində sürücü və onun sərnişini, Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Qasımov Qulu Qurban oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.