Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1979-cu il təvəllüdlü Quliyev Emin Baxış oğlu idarəetdiyi "KİA Rio" markalı minik avtomobilini aşırıb.
Qəza nəticəsində sürücü və onun sərnişini, Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Qasımov Qulu Qurban oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.