Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ÖLƏNLƏR VAR

19.12.2022 21:24
5892
Meyit
Şəkidə baş verən ağır qəzanın bəzi təfərrüatları məlum olub.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, rayonun Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi 30-BK-823 dövlət qeydiyyat nişanlı "VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Daha sonra idarəetmədən çıxan avtomobil yol kənarında dərəyə aşıb. Qəza zamanı sürücü xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan 2 azyaşlı isə hadisə yerində ölüb.

Qəzaya dumanlı havanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.


***

Şəkidə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, qəza zamanı 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.