Qobustanda minik avtomobili yük avtomobillə toqquşub.
AZSABAH.COM-a Daxili İşlər Nazirliyinindən verilən məlumata görə, iyunun 3-də saat 18 radələrində Qobustan şəhəri ərazisində Çalov kənd sakini G.Günəşovun idarə etdiyi “VAZ-2107” və Şamaxı rayon sakini E.Əliyevin idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub. Nəticədə G.Günəşovun sərnişini, şəhər sakini Şamil İsrafilov hadisə yerində ölüb.
Qobustan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.