Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: müğənni və rəqqasənin birgə MEYİTİ TAPILDI

19.02.2023 15:12
9979
Meyit

Gəncədə müğənni ilə rəqqasənin meyitləri aşkarlanıb, qazdan zəhərləndikləri ehtimal olunur.

AZSABAH.COM Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Gəncə şəhər sakinləri, 2000-ci il təvəllüdlü Aytən Elsevər qızı Abdullayeva və 1989-cu il təvəllüdlü Turxan Tofiq oğlu Əliyevin meyitləri şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində aşkarlanıb.

Onların dəm qazından zəhərlənərək dünyasını dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, A.Abdullayeva rəqqasə, T.Əliyev isə müğənni olub.

Qızın yaxınları dünənki tarixdə, oğlanın yaxınları isə bu səhər polisə onların itkin düşməsi ilə bağlı məlumat verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.