Gəncədə ailə başçısı tərəfindən bıçaqlanan şəxslərin kimliyi məlum olub.
AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, həmin şəxslər:
- 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qıza (dünyasını dəyişib);
- 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızı;
- 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğlu;
- 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı.
***
Gəncədə 4 nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub
Məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Ailə başçısı həyat yoldaşını, gəlinini və iki nəvəsini bıçaqlayıb. Nənə hadisə yerində dünyasını dəyişib.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
***
Gəncə şəhərində kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb.
Məlumata görə, bıçaqlananların biri ölüb, digər iki nəfəri isə ağır yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Ölən və xəsarət alanların kimliyi məlum deyil.
Hadisənin hansı səbəbdən baş verməsi dəqiqləşdirilir.