Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: keçmiş polis RƏİSİ FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

11.10.2022 10:29
6417
Polis
Suqmayıtda yol qəzasında dünyasını dəyişən piyada ilə bağlı detallar üzə çıxıb.

AZSABAH.COM xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə. hadisə nəticəsində dünyasını dəyişən Alxanlı Çingiz Mehbala oğlu sabiq polis plkovnikidir. O, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.

Hazırda araşdırma aparılır.

***

Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.

AZSABAH.COM xəbər verir ki, hadisə Bulvar küçəsində baş verib. Məmmədov Timur Eldaroviç idarə etdiyi "Chevrolet Camaro" markalı avtomobillə piyada Alxanlı Çingiz Mehbala oğlunu vurub. Nəticədə Ç. Alxanlı yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.