Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: İt dişləyən 41 yaşlı ana öldü - VİDEO

06.01.2023 10:58
6512
63b7c70381fef202301230019

Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” Yaşayış Kompleksində sahibsiz itlərin hücumuna məruz qalan 41 yaşlı qadın ölüb.

AZSABAH.COM Baku TV-yə istinadən xəbər verir ki, 4 ay əvvəl qəsəbə ərazisində itlər 41 yaşlı İnci İsgəndərovaya hücum edib. Xəsarət alan qadın bir müddət sonra dünyasını dəyişib.

Sakinlər ərazidə sahibsiz itlərin sayının çox olmasından və tez-tez onların hücumuna məruz qalmalarından şikayət ediblər.

Mövzu ilə bağlı süjeti təqdim edirik: