Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: İcra başçısının QARDAŞI GÜLLƏLƏNDİ - FOTO

28.07.2023 08:53
6096
Tapanca
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirilməsi məlum olub.

AZSABAH.COM xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polisin həyata keçirdiyi əməliyyat tədbirləri ilə cinayətin üstü açılıb və Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Məlum olub ki, Azay Qaraşov atasını qətlə yetirdikdən sonra əməlini ört-basdır etməyə çalışıb.

Qeyd edək ki, ilkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.