Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ər 27 yaşlı HAMİLƏ ARVADINI...

22.10.2022 12:44
6064
Hamile
Abşeronda daha bir qətl hadisəsi olub.

AZSABAH.COM-a Rayon Prokurorluğundan verilən məlumata görə, oktyabrın 22-i saat 1 radələrində Abşeron rayonu, Saray qəsəbəsi sakini 27 yaşlı Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 28 yaşlı Vüqar Nəmətovun oktyabrın 21-i saat 22 radələrində yaşadıqları evdə 7 yaşlı qızını döyərkən qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.