Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ÇOX SAYDA YARALI VAR

29.10.2022 15:19
3575
Tecili

Qaradağ rayonunda, Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

AZSABAH.COM-a bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.