Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ: ÖLÜ VƏ YARALILAR VAR

15.08.2022 03:28
6001
Tecili yardim Azsabah.com

Şabranda avtomobil qəzası baş verib.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun rayonun Çuxurəzəmi kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, (kimliyi dəqiqləşdirilir - red). Eyni zamanda Şabran rayon sakinləri - 1958-ci il təvəllüdlü İbrahimov Gülmirzə Əlifşalı oğlu, 1959-cu il təvəllüdlü İbrahimova Gülümnaz Əlisahib qızı, 1986-cı il təvəllüdlü İbrahimova Xuraman Heydər qızı və Sumqayit şəhər sakini 1957-ci il təvəllüdlü Türbətov Məhəmməd Əmirulla oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.