Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ: ölənlər və yaralılar var - FOTO

31.07.2022 10:53
260
photo_67785236

Bakı-Qazax avtomobil yolunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub. 

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, Goranboy rayon ərazisində minik avtomobilinin kiçik tutumlu yük maşını ilə toqquşması nəticəsində 1988-ci il təvəllüdlü M.Rəhimov və 2001-ci il təvəllüdlü E.Qocayev xəsarət alıb, 2002-ci il təvəllüdlü X.Babayev isə həyəcan hissləri yaşayıb və həkimlər tərəfindən tibbi yardım göstərilib.

Xatırladaq ki, qəza nəticəsində iki nəfər dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

***

Bakı-Qazax magistral yolunda ağır yol-nəqliyyat hadisəsi olub.

Məlumata görə, hadisə magistral yolun Goranboy rayonunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib, üç nəfər ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.