Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ: ÖLƏNLƏR VƏ YARALILAR VAR

Salyanda ağır yol qəzası olub.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunda, Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 3 nəfər ölüb, xəsarət alanlar var.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadaları cəlb olunub.