Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ: MÜƏLLİM VƏ ƏRİ ÖLDÜ

08.04.2023 10:56
4182
Meyit
Gədəbəydə ər və arvad dəm qazından boğularaq ölüb.

AZSABAH.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Moruqlu kəndində fərdi yaşayış evlərindən birində baş verib.

Kənd sakinləri 64 yaşlı Oktay Əliyev və həyat yoldaşı 61 yaşlı Məryəm Məmmədovanın yaşadıqları evdə meyiti tapılıb.

Qeyd edək ki, hər iki şəxs Moruqlu kənd orta məktəbinin işçiləri olub. M.Məmmədova müəllimə, O.Əliyev isə texniki işçi kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır.