Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ: ÇOX SAYDA YARALI VAR - FOTO

12.04.2023 16:12
7191
Tecili
Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər xəsarət alıb.

AZSABAH.COM-un xəbərinə görə, hadisə nəticəsində 1971-ci il təvəllüdlü Naibə Hüseynova, 2018-ci il təvəllüdlü Umera Qocayeva, 1998-ci il təvəllüdlü Nərmin Abbasova, 2021-ci il təvəllüdlü Sirac Hüseynli, 1995-ci il təvəllüdlü Mehman Hüseynli, 1965-ci il təvəllüdlü Yaşar Cəfərov və 2020-ci il təvəllüdlü Mehrac Hüseynlinin xəsarət aldığı bildirilir.

Onlar xəstəxanaya çatdırılıb.


***


Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


AZSABAH.COM APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı minik maşını yoldan çıxaraq su kanalına aşıb.

Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.