Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ: ÇOX SAYDA ÖLÜ VƏ YARALI VAR - FOTO

03.05.2023 15:30
6500
Meyit
Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

AZSABAH.COM xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə bu gün saat 13:05 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Kürdəmir rayonu, Sığırlı kəndi ərazisindən keçən 174-cü kilometrliyində baş verib.

“Mercedes” markalı, 90-ZD-493 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı, 66-BH-162 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Hadisə zamanı “Mercedes” markalı avtomobildə olan 3 nəfər sərnişin dünyasını dəyişib, 3 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.