Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ: Çox sayda ölü və ağır yaralılar var - FOTO

26.06.2023 10:32
7341
Meyit
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.

AZSABAH.COM xəbər verir ki, qəza nəticəsində xəsarət almış daha 4 nəfərin isə vəziyyəti ağır olaraq qalır.

Hazırda onların müalicəsi Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, faktla bağlı Naxçıvan Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb


***

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər dünyasını dəyişib.

Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb.

Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.