Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 50 yaşlı kişinin başı BƏDƏNİNDƏN AYRILDI

26.09.2020 18:51
1090

Ağsu rayonunun Çaparlı kəndi ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İsmayıllı rayon sakini, 1970-ci il təvəllüdlü Şirinov Qərib Fərmayıl oğlu “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə, maşın dərəyə yuvarlanıb.

Dəhşətli hadisə nəticəsində sürücü hadisə yerində həyatını itirib. Qəzada sürücünün başı qopub.

Faktla bağlı araşdırma aparılır.

Loading...