Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 4 hərbçi ÖLDÜ, YARALILAR VAR - FOTO

26.05.2020 11:14
1266

Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu həlak olub.



AzSABAH.COM xəbər verir ki, bu barədə Apa-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

TƏBİB-dən isə bildirilib ki, qəza zamanı 4 hərbçidən əlavə 1 mülki şəxs də həyatını itirib.

***

10:50

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.


AzSABAH.COM-un FHN-ə istinadən xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

10:00

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


AzSABAH.COM Apa-ya istinadən xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb. Belə ki, "Saipa" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Ölənlərdən biri 1956-cı il təvəllüdlü Yusubov Mənaf Nüsubət oğludur. Hadisə nəticəsində dünyasını dəyişənlərin digərlərinin şəxsiyyəti müəyyənləşdirilir.

Xəsarət alanlar isə 1984-cü il təvəllüdlü Əliyev Ramil Gülhəsən oğlu və 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğludur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər "Saipa"nın sürücüsü və sərnişinləri olub.

1 / 4

Loading...

close
close