Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 300 metr hündürlükdən dərəyə aşdı, 3 ölü, 2 yaralı - ADLAR/FOTO

02.07.2020 11:23
710

Lerikdə baş verən qəzada ölən və yaralananların adları məlum olub.

AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, 1977-ci il təvəllüdlü Habil Əzimovun idarə etdiyi 43-BC-418 dövlət qeydiyyat nömrə nişanlı "UAZ" markalı avtomobil yoldan çıxaraq təxminən 300 metr hündürlükdən dərəyə aşıb.

Nəticədə sürücü və sərnişinlərdən Elnarə Dadaş qızı İbrahimova və 1996-cı təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev dünyasını dəyişib.

Qəza zamanı avtomobildə olan 1984-cü il təvəllüdlü Mübariz İxtiyar oğlu Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Habil qızı Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Loading...

close
close