Azərbaycanda dəhşətli hadisə: 25 yaşlı qadın...

24.08.2023 15:33
5182
Hebs
Abşeronda 25 yaşlı qadın qətlə yetirilib, cinayət işi açılıb.

AZSABAH.COM-a bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 24-də Abşeron rayonu ərazisində 1998-ci il təvəllüdlü Səkinəxanım İsakovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1993-cü il təvəllüdlü Elnur Musayevin aralarında yaranmış mübahisə zamanı arvadı Səkinəxanım İsakovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elnur Musayev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Fakta görə Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


***

Abşeronda 25 yaşlı qadın qətlə yetirilib, əri şübhəli bilinir.

AZSABAH.COM-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 24-də 13:30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü İsaqova Səkinəxanım Vaqif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1995-ci il təvəllüdlü Musayev Elnur Nurəli oğlu könüllü polisə gələrək təslim olub.

Araşdırma aparılır.