Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 2 NƏFƏR ÖLDÜRÜLDÜ

06.02.2022 21:37
316
photo_60578584

Goranboy rayonunda bacı-qardaşın qətlinin bəzi təfərrüatlar məlum olub.

AZSABAH.COM xəbər verir ki, Goranboy rayon sakinləri, 1970-ci il təvəllüdlü Pərviz Rəcəb oğlu Namazov və 1960-cı il təvəllüdlü Səlmi Rəcəb qızı Namazova rayonun Qarasüleymanlı kəndində, Goran çayının yaxınlığındakı torpaq sahəsində olan zaman rayon sakini, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevlə mübahisələri yaranıb. Mübahisəyə səbəb elə hadisənin törədildiyi yerdəki torpaq sahəsi olub.

İ.Haqverdiyev torpağın məhkəmə qərarı ilə ona məxsus olduğunu iddia edərək avtomobilindəki bıçağı götürərək bacı-qardaşı boyun və digər nahiyələrdən bıçaqlayıb. Hər iki şəxs aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişiblər.

Qətli törətməkdə şübhəli bilinən İ.Haqverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

***

Goranboy rayonunda iki nəfər qətlə yetirilib.

AZSABAH.COM-a DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Belə ki, kəndin yaxınlığında yerləşən torpaq sahəsindən 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın kəsici alətlə qətlə yetirilmiş meyitləri tapılıb.

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin "isti izlər"lə açılması təmin olunub. Belə ki, qətli törətməkdə şübhəli bilinən eyni kəndin sakini 1965-ci il təvəllüdlü İlham Haqverdiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

***

Goranboyda iki nəfər bıçaqlanaraq qətlə yetirilib. 

AZSABAH.COM Publika.az-a istinadən xəbər verir ki, hadisə Qarasüleymanlı kəndində baş verib. 

İlkin məlumata görə, 2 nəfər bıçaqlanaraq öldürülüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.