Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 17 yaşlı qız yaşadığı evdə...

04.11.2022 22:27
4237
İtkin
Qaxda 17 yaşlı qız kirayə yaşadığı evdə qətlə yetirilib.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 18 radələrində şəhərin Cavanşir Rəhimov küçəsi ev 5 ünvanında baş verib.

Həmin evdə kirayə yaşayan 2005-ci il təvəllüdlü Albina Papiaşvili Aliqoşayevina naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib. Hazırda qətli törədən şəxs və ya şəxslərin axtarışı davam edir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.