Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ÇOX SAYDA YARALI VAR

Salyanda baş verən yol qəzasında 9 nəfər xəsarət alıb.

AZSABAH.COM “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.