Azərbaycanda DƏHŞƏTLİ ATIŞMA: ÖLÜ VƏ YARALILAR VAR

11.12.2022 21:40
20336
Tapanca
Gəncədə kütləvi dava zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, şəhər ərazisində kütləvi dava zamanı "5 açılan" silahdan açılan atəş nəticəsində 1980-ci il təvəllüdlü Məmmədov Əli ölüb.

Daha iki nəfər - Bayramov Kamal (1986) və Niyazi Bayramov (1994) bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. 

Hadisənin tərəflər arasında olan borc pul üstdə baş veridyi deyilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

***

Gəncə şəhərində kütləvi dava olub.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, şəhər ərazisində baş vermiş hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Olay nəticəsində bir nəfər "Vinçester" silahı ilə güllələnərək öldürülüb, 2 nəfər isə bıçaqlanıb.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.