Azərbaycanda DƏHŞƏTLİ AİLƏ FACİƏSİ: oğlunu xilas etmək istədi, ikisi də öldü

17.07.2022 21:34
260
photo_19845529

Sumqayıt şəhəri yaxınlığında Xəzər dənizində batanların şəxsiyyəti məlum olub.

AZSABAH.COM xəbər verir ki,APA-nın hadisə yerində olan müxbirinin xəbərinə görə, dənizdə boğulanlar 1991-ci il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və onun 2015-ci ildə anadan olmuş övladı Kərimli Nicat Əlvan oğludur.

***

Sumqayıtda dənizdə 2 nəfər batıb.

AZSABAH.COM-a bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 6 km aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.