Azərbaycanda DƏHŞƏT: Yüksək vəzifəli ŞƏXSLƏR ÖLDÜ

16.10.2022 00:01
4899
Meyit
Mingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı iki piyada həlak olub.

AZSABAH.COM xəbər verir ki, şəhər ərazisində iki minik avtomobili toqquşub.

Qəza zamanı avtomobilllərdən biri yolun kənarına çıxaraq 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovanı vurub.

Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb.

AZSABAH.COM xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.