Azərbaycanda DƏHŞƏT YAŞANDI: ÇOX SAYDA ÖLÜ VƏ YARALI VAR

01.08.2022 10:40
263
photo_81958113

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

AZSABAH.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, iyulun 30-31-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 8 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 9 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.