Azərbaycanda DƏHŞƏT YAŞANDI: ÇOX SAYDA ÖLƏN VAR

03.08.2023 11:22
6442
Xestexana

Avqustun 2-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

AZSABAH.COM-a bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 92 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.