Azərbaycanda DƏHŞƏT YAŞANDI: 12 NƏFƏR ÖLDÜ, YARALILAR VAR

13.02.2023 10:59
7221
Meyit
Fevralın 11-də və 12-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib.

AZSABAH.COM-a bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, nəticədə 12 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.