Azərbaycanda DƏHŞƏT: YARALILAR VAR

11.05.2021 11:58
11789

Şamaxı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisində 90-HV-905 dövlət nömrə nişanlı "Nissan" markalı minik avtomobili ilə qarşı tərəfdən gələn 90-BB-478 dövlət nömrə nişanlı "Mersedes" markalı minik avtomobili toqquşub.

Hadisə zamanı 2010-cu il təvəllüdlü Namazlı Rəvan Siyavuş oğlu, 1985-ci il təvəllüdlü Mikayılov Anar Əfsər oğlu və 1983-cü il təvəllüdlü Namazov Siyavuş İmran oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Loading...

close
close