Azərbaycanda DƏHŞƏT: tələbə qız FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO

15.08.2022 03:25
9203
Meyit

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdindəki kollecin tələbəsi avtomobil qəzasında ölüb.

AZSABAH.COM xəbər verir ki, bu barədə kollecin “Facebook” səhifəsində paylaşım edilib.

“ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsil ixtisasında təhsil alan Nəzrin Ələsgərova avto-qəza nəticəsində həyatını itirib.

Tələbəmizin zamansız vəfatından məyusluğumuzu bildirir, ailəsinə səbr arzulayırıq. Allah rəhmət eləsin!”, - deyə paylaşımda bildirilib.