Azərbaycanda DƏHŞƏT: ölü və yaralılar var

08.05.2020 22:39
1286

Şamaxı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


AzSABAH.COM “Report”a istinadla xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şamaxı sakini, 2003-cü il təvəllüdlü Zeynalov Fəqan Anar oğlu babası Mürvət Zeynalova məxsus "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən döngədə idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sərnişin, 2003-cü il təvəllüdlü Muxtarov Bəxtiyar Azər oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə edən Fəqan Zeynalov və digər sərnişin, Bakı sakini, 2004-cü il təvəllüdlü Salahov Cəmil Azər oğlu xəsarət alıblar.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Ölən və yaralanan şəxslər 11-ci sinif şagirdləridir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Loading...

close
close