SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏT YAŞANDI - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

28.02.2021 20:24
5335

Yevlax rayonu ərazisində ağır yol nəqliyyat-hadisəsi baş verib.

AZSABAH.COM "Report"a istinadla xəbər verir ki, hadisə Yevlax-Bərdə yolunda qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Jeep” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində iki nəfər ölüb.

Müxtəlif bədən xəsarətləri alan üç nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Loading...