Azərbaycanda DƏHŞƏT - Məktəblilər xəstəxanaya yerləşdirildi

Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.

AZSABAH.COM APA-ya istinadən bildirir ki, hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən 8 məktəbli Saatlı rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.