Azərbaycanda DƏHŞƏT: ÇOX SAYDA ÖLƏN VAR

29.08.2022 11:40
6764
Meyit

Avqustun 27 və 28-də ölkə ərazisində qeydə alınan 109, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

AZSABAH.COM-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 62, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanılıb.